Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyul 2014

İŞİD-dən Mosuldakı xristianlara anti-islami tələb

İraq xristianları “İraq Şam İslam Dövləti” (İŞİD) adlı terrorçu qruplaşma tərəfindən ələ keçirilən Mosul şəhərindən qaçmaq məcburiyyətində qalıblar.

ŞİD ötən gün cümə namazı zamanı şəhərin xristian icmasına xəbərdarlıq müraciəti edib.

Terrorçu qruplaşmanın “din” carçıları bəyan ediblər ki, Mosuldakı bütün xristianlar ya İslamı qəbul etməli, ya xüsusi vergi ödəməli, ya da şəhəri tərk etməlidirlər.

Bu müraciət ötən gün dəfələrlə məscid minalərindən elan olunub: “Bütün gün ərzində məscid minarələrindən səsgücləndiricilərlə xristianlara qeyd olunan tələblər çatdırılıb. Artıq minlərlə xristian Mosuldan yaxınlıqdakı kürdlərin sıx yaşadığı bölgəyə qaçırlar.

Xatırladaq ki, “İŞİD” terrorçu qruplaşmasının üzvləri iyunda İraqın şimal bölgəsinə hücum edərək, Mosul və digər iri şəhərləri ələ keçiriblər. Onlar İraq və Suriya ərazisində “İslam Dövləti”nin yaradıldığını elan ediblər.
1504 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP