Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyul 2014

“Sərdar Cəlaloğluya deyin ki, müalicə olunsun”

Zərdüşt Əlizadə: “Sərdar Cəlaloğluya deyin ki, müalicə olunsun”

Zərdüşt Əlizadə Sərdar Cəlaloğluya müalicə olunmağı tövsiyə edib.

Bu barədə politoloq Zərdüşt Əlizadə ADP sədri Sərdar Cəlaloğlunun onun atası haqda dediklərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, S. Cəlaloğlu xəstədir: “Düzdür, bu xəstəliyi ağır deyil, amma təbabətə ehtiyacı var. Söz danışanda da bir az ağıllı, məntiqli danışsın”.

Qeyd edək ki, S. Cəlaloğlu musavat.com-un “Zaman-zaman belə informasiyalar və açıqlamalar olub ki, Əbülfəz Elçibəy 1975-ci ildə həbs olunanda Zərdüşt Əlizadənin atası DTK-ya işlədiyi üçün onun üzünə durub. Sizdə bunu təsdiqləyəcək informasiyalar olubmu” sualına cavabında “Konkret olaraq şəxsən Zərdüşt Əlizadənin atasının kimə, necə işləməsi, fəaliyyəti, Əbülfəz Elçibəyin üzünə durub-durmadığı barədə dəqiq informasiya əldə etmək istəyirsinizsə, rəsmi müraciət edib DTK-nın arxivindən məlumatlar, məhkəmə sənədləri, faktlar alıb qəzetinizdə verin” deyib.

Z. Əlizadənin isə buna münasibəti ironik olub.

“Bəli, mənim atam DTK sədri olub, bütün Naxçıvan da ona işləyib”, - deyə o bildirib./publika/
1573 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi