Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyul 2014

Türkiyədə xalqı İsrailə qarşı

Türkiyədə İsrail əleyhinə aksiya keçirilib.

Türkiyədə İsrail əleyhinə keçirilən aksiyalar getdikcə artmaqdadır. Ötən gecə yenədə İsrailin İstanbuldakı konsulluğu qarşısında etiraz aksiyaları keçirilib. Etirazçılar İsrail bayraqlarını yandırıb. Onların əsas şüarları “Allahu Əkbər. Xain İsrail” olub.

Polisin qurduğu baryerleri qıraraq konsulluq binasına daxil olmaq istəyən iştirakçılar polislə qarşıdurma yaşayıblar. Çevik polis alayı aksiya iştirakçılarını su şırnaqları vasitəsilə dağıtmağa çalışıb.

Ötən gecə isə İsrail gözlənildiyi kimi Türkiyədəki dipolmatlarını ailələrilə birlikdə geri çağırıb. Türkiyənin səfirlik əməkdaşlarının təhlükəsizliyini qorumaqla bağlı öhdəliklərini yerinə yetirməməkdə ittiham edən İsrail hökuməti rəsmi Ankaraya nota göndərməyə də hazırlaşır.

Bu gün səhər saatlarından da İsrailin İstanbuldakı konsulluğu qarşısında etiraz aksiyaları davam edir.

Bütün bu hadisələrin gedişatı onu göstərir ki Türkiyə ilə İsrail arasındakı münasibətlər günü-gündən daha da gərginləşəcək.
1290 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:45