Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyul 2014

«Boeing 777» təyyarəsində ölən sərnişinlərin 192-nin meyiti tapılıb

Ukraynanın Donetsk vilayətində vurulan "Boeing 777" təyyarəsinin sərnişinlərindən 192-nin meyiti tapılıb.

“UNİAN”nın verdiyi xəbərə görə, bu barədə Ukrayna baş nazirinin müavini Vladimir Qroysman açıqlama verib.

“Axtarış zonası 35 km-dək genişləndirilib, axtarış işlərinə Fövqəladə Hallar Dövlət Xidmətinin 200-dək əməkdaşı cəlb olunub, lakin onlar ərazidə olan silahlı şəxslərin daimi təzyiqi altında çalışırlar”- deyə, o, bildirib.

Qeyd edək ki, Malayziyaya məxsus "Boeing 777" təyyarəsinin göyərtəsində 298 nəfər olub. Onların hamısı təyyarənin vurulması nəticəsində həlak olub.
974 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı