Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyul 2014

HƏMAS liderinin oğlu öldürüldü

Qəzzada HƏMAS hərəkatının aparıcı şəxslərindən birinin oğlu öldürülüb.

Ötən gecə işğalçı İsrail ordusunun artilleriya atəşi nəticəsində HƏMAS-ın siyasi bürosunun üzvlərindən biri Xəlil əl-Hayın oğlu ölüb.

Son məlumatlara görə, intensiv artilleriya atəşi nəticəsində 4 nəfər də ölüb. Onlardan 2-nin uşaq olduğu bildirilir.

Qeyd edək ki, son iki gündə işğalçı İsrail ordusunun hücumları zamanı 110-dan çox fələstinli ölüb. Qəzzada hərbi əməliyyatlar12 gündür ki, davam edir. Bu müddət ərzində 340-dan çox fələstinli ölüb, 2,5 mindən çoxu isə yaralanıb.

İsrail isə itkiləri gizlədərək yalnız 3 əsgərin öldüyü, 5-nin yaralandığı bildirir.
1606 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı