Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyul 2014

Almaniyada yenidən “yəhudilərə ölüm” şüarı

Son günlərdə Almaniyanın Berlin, Frankfurt və digər şəhərlərində kütləvi anti-israil nümayişləri baş qaldırıb.

Nümayişlər zamanı antisemit (yəhudilərə qarşı nifrət olan) şüarlar da səslənib. İsrail mətbuatının yaydığı xəbərdə bildirilir ki, nümayişlər zamanı “yəhudilərə ölüm” və “yəhudilər, Almaniyadan rədd olun” şüarları yer alıb.

Mitinqlərə müsəlman immiqrantlar və Almaniyanın əsas partiya nümayəndələri olan Anarxistlər, sosial demokratlar və neonasistlər cəlb olunublar. Hadisələr Almaniya ilə yəhudilər arasında böyük narahatlıq doğurur. Artıq uzun illərdir ki, onlar belə genişmiqyaslı və açıq antisemitizmlə rastlaşmayıblar.
1579 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber