Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyul 2014

Zakir Həsənov daha bir generalı vəzifəsindən azad etdi

General Bağır Fətullayev vəzifəsindən azad olunub.

Bu açıqlama ilə hərbi ekspert Üzeyir Cəfərov öz Feysbuk səhifəsində çıxış edib. O, Bağır Fətullayevin artıq ölkə ərazisini tərk etdiyini bildirib:

“Mətbuatın davamlı şəkildə işıqlandırdığı Rusiya Federasiyasının vətəndaşı, uzun müddət MN-də vacib posta sahib olan general-mayor Bağır Fətullayevlə bağlı mühüm qərar qəbul edilib. O, Silahlı Qüvvələrin Akademiyasındakı tutduğu vəzifəsindən azad edilib və onunla müqavilə müddəti bitdiyi üçün yeni müqavilə bağlanmayıb. Bildiyim qədər, rus generalı və son günə kimi Rusiya vətəndaşı kimi qalan B.Fətullayev artıq Azərbaycanı tərk edib və ailəsinin yaşadığı Sankt-Peterburq şəhərinə yola düşüb. Necə deyərlər, "do svidaniya, tovariş general".

Elə həmin SQ Hərbi Akademiyasında xidmət keçən polkovnik Seyran Qafarov da artıq tutduğu vəzifədən azad edilib və MN-də çalışmaq ona yasaqlanıb. Xatırladım ki, Seyran Qafarovun anasının erməni millətindən olması faktı adı çəkilən zabit tərəfindən rəsmi şəkildə etiraf edilmişdi”.
1093 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP