Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyul 2014

“İsrailin bu yerlərə gəlib çıxmasına səbəb məhz AKP hökuməti olub”

İhsanoğludan sərt sözlər: “İsrailin bu yerlərə gəlib çıxmasına səbəb məhz AKP hökuməti olub”

Türkiyədə prezidentliyə namizəd Ekmaləddin İhsanoğlu hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiyası) ünvanına sərt ittihamlar səsləndirib.

Haberler-in verdiyi xəbərə görə, İhsanoğlu jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, məhz AK Partiyası İsrail rejiminin bir sıra nüfuzlu təşkilatlara, o cümlədən OECD-yə (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı), Atom Enerjisi Təşkilatına üzv olmasına imkan yaradıb.

İndi mənə deyirlər ki, İsraili ittiham etmirəm. Mən doqquz il boyunca İsraili tənqid etdim. 1961-ci ildə qurulan OECD-yə İsrail Türkiyənin veto qoyması səbəbilə daxil ola bilmirdi. 2010-cu ildə AK Partiyası hökuməti bu vetonu qaldırdı və İsrail həmin təşkilata daxil ola bildi. Halbuki, “Mavi Mərmərə”dən sonra Türkiyə bu addımı atıb. Bu gün hakim partiya sədrinin müavini olan Nurman Kurtulmuş da o zaman Ərdoğan hökumətini bu addımına görə sərt şəkildə qınamışdı”.

İhsanoğlu həmçinin bildirib ki, BMT-nin Atom Enerjisi Təşkilatına İsrail rejiminin üzv olmasının səbəblərindən biri indiki Türkiyə hökumətidir: “İsrailin nüvə silahlarına malik olması BMT-də müzakirə olunan zaman Türkiyə İsrailin nüvə silahına malik olmasını təsdiqləməmişdi”.

Prezidentliyə namizəd qeyd edib ki, Qəzza qətliamına görə BMT-də İsrail rejimini qınayan yeganə qətnamə olan Goldstaun qətnaməsi məhz onun İslam Əməkdaşlıq Təşkilatının sədri olduğu zaman irəli sürdüyü tələblə hazırlanıb./deyerler/
1277 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı