Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Noyabr 2013

Torpaqdan 700 cəsəd çıxarıldı

Bosniya-Hersoqavinada Balkan müharibəsi ilə əlaqəli kütləvi məzarlıq aşkarlanıb. Ölkənin şimal-qərbində yerləşən Tomasika kəndində torpaqdan yanbayan basdırılmış yüzlərlə insanın qalığı çıxarılıb. Bosniyanın itkinlər üzrə komissiyasının baş baş müstəntiqi Muyo Beqiç beş min kvadrat metr ərazidən 700 qurbanını qalıqlarının qazılaraq çıxarıldığını deyib.

Araşdırmaçıların fikrincə, aşkarlanan qurbanlar 1992-ci ilin iyul ayında serb qoşunlar tərəfindən qətlə yetirilmiş yerli kənd sakinləri olub. Zərərçəkənlərdən olan Vahidə Behliç artıq 20 ildir ki anasının cəsədini axtarır. O anasının Priyedor yaxınlığında, evin qarşısında öldürüldüyünə əmindir və onun bu kütləvi məzarlıqda olacağına ümid edir.
“Anamı öldürənlər elə qonşuları olub. O insanlar ki, birgə xeyir-şərdə iştirak edir, onunla birgə qəhvə içirdilər”.

Kəndin yerləşdiyi Priyedor əyaləti 1992-1995-ci il müharibəsi zamanı serblərin əsas istinadgahı olub. Münaqişə dövründə adı çəkilən əyalətdən 3500-ə yaxın müsəlman və xorvat itkin düşüb. Priyedordan olan 16 bosniylı serb hərbi və siyasi liderləri müharibə dövründə törədilən cinayətlərə görə Haqqa Beynəlxalq Hərbi Tribunalı tərəfindən məhkum olunub./simsar.az/
2016 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı