Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyul 2014

Zaqatalada 75 yaşlı kişi özünü asıb

Qocanın ölümündən əvvəl yazdığı məktubun məzmunu açıqlanıb

Zaqatala Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Kebeloba kəndində baş verib.

Rayonun Kebeloba kənd sakini, 1939-cu il təvəllüdlü Kamil Mohma oğlu Mollayev özünü yaşadığı evin həyətyanı sahəsində fındıq ağacından asaraq intihar edib.

K. Mollayevin cəsədi nəvəsi tərəfindən aşkarlanıb.

Prokurorluqdan o da bildirilib ki, K. Mollayev son vaxtlar ağır xəstəlikdən əziyyət çəkib.

Mərhumun cibindən oğluna yazdığı məktub çıxıb.

Məktubda yazılıb: “Ağır xəstəlikdən əziyyət çəkdiyim üçün intihar edirəm. İntihar etməyimdə heç kəsi günahkar hesab etmirəm”.

K. Mollayev məktubunda oğluna anasına və ailənin digər üzvlərinə yaxşı baxmasını da vəsiyyət edib./apa/
1196 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı