Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyul 2014

Braziliya millisinin yeni baş məşqçisi məlum oldu

Braziliya millisinin yeni baş məşqçisi müəyyənləşib. Dünya çempionatındakı uğursuzluqdan sonra Luis Felipe Skolari ilə yollarını ayıran “pentakampeonlar”ın yeni çalışdırıcısı Dunqa olub.

2006-10-cu illərdə də Braziliya millisinə baş məşqçilik edən mütəxəssis 4 ildən sonra postun qayıdıb. Dunqanın təqdimat mərasimi bu günə planlaşdırılıb.

Maraqlıdır ki, Skolari kimi Dunqa da yığmadan mundialda Hollandiyaya uduzduqdan sonra ayrılmışdı. Sinuncu DÇ-2010-un 1/4 finalında, onun sələfi isə DÇ-2014-də 4-cü yer uğrunda matçda “narıncılar”a yenilgidən sonra istefa vermişdi.
1264 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber