Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyul 2014

Tovuzda selzadələrdən rüşvət istəyirlər

Dönük Qırıqlı kəndinin sakini İcra Hakimiyyətindən evini təmir etmək üçün pul tələb etdiklərini deyir

Ötən günlərdə xəbər vermişdik ki, Tovuzda bir müddət əvvəl baş vermiş təbii fəlakətdən dolayı evlərinə zərər dəymiş vətəndaşlardan rüşvət istənilir. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahir Həsənovun rəhbərliyi altında həyata keçirilən prosesdə zərərçəkənlərdən evlərinin təmiri üçün pul tələb olunur.

Qeyd edilirdi ki, Mahir Həsənovun pul yığmasına şərik olan kimi isə Tovuzun icra başçısı Tofiq Zeynalov göstərilirdi. Bu yazdıqlarımızı ötən gün rayon sakinləri bir daha təsdiq ediblər. Müraciət edən rayonun Dönük Qırıqlı kənd sakini İbrahimova Nailə Məhəmməd qızı bildirib ki, seldən sonra yerli İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin regional şöbəsinin nümayəndələri evinə baxış keçiriblər. Onun sözlərinə görə, ziyanı dab müəyyən elədilər. "Bir müddət sonra Tovuz İcra Hakimiyyətini nümayəndəsi mənə dedi ki, “hörmət elə", mən də çatdırım FHN-nin nümayəndəsinə, sonra sənin evini bərpa edərik. Mən bildirdim ki, pulum yoxdur. Ona görə də bu günədək evim qəzalı vəziyyətdə qalıb, orada yaşaya bilmirik"./jam/
1154 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı