Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyul 2014

Sədərək yenə yandı

Bu gün səhər saatlarında Sədərək Ticarət Mərkəzində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilnə məlumata görə, hadisə ticarət mərkəzinin 3-cü sıra, 7-ci korpusunda baş verib.

Hadisə nəticəsində ümumi sahəsi 163 kv.m olan 5 mağazanın yanar konstruksiyaları, lambirdən ibarət tavanı və içərisində olan mallar 12 kv.m sahədə yanıb. Hadisə yerinə 5 yanğınsöndürən cəlb olunub.

Bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın saat 07:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Xoşbəxtlikdən yanğında xəsarət alan olmayıb.

İlkin ehtimala görə, hadisə elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verib./ans/
1247 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi