Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyul 2014

“Bank of Azerbaijan” vətəndaşları etiraz aksiyasına çağırdı

"Bu dəfə bizə bankda dedilər ki, gedin, pulunuzu Milli Bankın sədri Elmar Rüstəmovdan və Azərbaycan Beynəlxalq Bankının rəhbəri Cahangir Hacıyevdən alın".

Bu fikirləri zərərçəkən jurnalist Samir Feyruzov deyib:

“Hər gün “Bank of Azerbaijan"a gedirəm. Hər dəfə müxtəlif bəhanələrlə məni geri qaytarırlar. Öz adıma və qohumlarımın adına olan əmanəti hələ də ala bilməmişəm. Deyirlər ki, “Bank of Azerbaijanı"ı onlar müflis edib və indi də bank üstündə bir-birilərini qırırlar. Bu sözləri bankdan mənə dedilər. Bütün əmanətçiləri də Milli Banka göndərirlər ki, gedin, orada mitinq keçirdin”.

"Bank of Azerbaijan"a qoyduğu əmanətləri hələ də ala bilməyən S.Feyruzov deyib ki, hazırda bankda kim nə istəyirsə onu da edir: “2-3 nəfər fırıldaqçını gətirib orada otuzdurublar, onlar da insanları müxtəlif vədlərlə aldadırlar. Deyirlər, gedin, kimə deyirsinizsə, deyin. Cənab Prezidentin banklar haqqında çıxışı oldu, ancaq hələ də bundan nəticə çıxarmırlar. “Bank of Azerbaijan"la vətəndaşlar arasında yaranan problem heç kimi maraqlandırmır. Bu boyda bank insanları dolayıb, guya müflis olub. Amma hələ ki, dövlət qurumları bu məsələ ilə bağlı münasibət bildirmir. Onsuz da bankdan insanları aksiya keçirməyə çağırırlar. Sabah bu insanlar aksiya keçirsələr nə olacaq? Mən bu informasiyanı dəqiq bilirəm ki, Hafiz Məmmədov 270 milyon vəsaiti, insanların pulunu götürüb qaçıb. Burda da bankın qalan pullarını müxtəlif şəxslər mənimsəyib. Xalqın pulunu qaytarmaq istəmirlər. “Bank of Azerbaijan”da bir neçə məmurun da əmanəti var. Artıq vətəndaşlarla aksiya keçirməyi planlaşdırırıq. “Bank of Azerbaijan” ölkədə xaos yaratmaq, ölkədə sabitliyə xələl gətirmək istəyir. Belə olmasaydı, vətəndaşları Milli Bankın və Prezident Administrasiyasının qarşısında aksiya keçirməyə çağırmazdılar”./axar/
1110 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber