Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Noyabr 2013

ABŞ BMT-ni də izləyirmiş

Snouden aləmi bir-birinə vurdu: ABŞ BMT-ni də izləyirmiş

ABŞ-ın hakimiyyət orqanları BMT Katibliyini inandırmağa çalışıblar ki, Amerika kəşfiyyatı bu ümumdünya təşkilatının rabitə kanallarına nəzarət etməyib və bundan sonra da nəzarət etməyəcək.

Gün.Az-ın verdiyi xəbərə görə, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Martin Nesirki jurnalistlərə müsahibəsində səsləndirib.

“Bu məlumatlar (ABŞ xüsusi xidmət orqanları tərəfindən izləmələr barədə) avqustun sonunda daxil olmağa başlayanda biz bildirdik ki, bu məsələni müvafiq ölkələrin hakimiyyət orqanları qarşısında qaldıracağıq. Deyə bilərəm ki, biz ABŞ-ın hakimiyyət orqanları ilə həqiqətən əlaqə saxlamışıq. Onlar təsdiq edirlər ki, BMT-nin rabitə kanallarına nəzarət edilməyib və bundan sonra da nəzarət edilməyəcək” – o bildirib.

BMT baş katibinin nümayəndəsi diplomatik missiyaların toxunulmazlığı prinsipinə riayət edilməsinin zəruri olduğunu xatırladaraq bildirib ki, bu prinsip beynəlxalq hüquqda yetərincə dəqiq ifadə edilib.

“Odur ki, bütün ölkələrin özlərini müvafiq qaydada aparacağını gözləyirik” - M.Nesirki bəyan edib.

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin BMT-nin əlaqə kanallarına, o cümlədən daxili videokonfranslara yol tapması barədə məlumatı avqust ayında Almaniyanın “Der Spiegel” həftəlik nəşri yayıb.

Nəşrdə Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenin növbəti ifşaları dərc olunub.
Qəzetin yazdığına görə, Amerika kəşfiyyatının əsas izləmə hədəflərindən biri elə BMT-nin iqamətgahı olub.
2080 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat