Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyul 2014

Qəzzadakı döyüşlər İsrailin daxilinə sirayət edib

İsrail mətbuatı "əl-Qəssam Batalyonları"nın əməliyyatı nəticəsində yaralanan əsgərlərdən bir neçəsinin ağır vəziyyətdə olduğunu bildiriblər

Qəzzadakı döyüşlər İsrailin daxilinə sirayət edib. HƏMAS-ın hərbi cinahı “əl-Qəssam Batalyonları” bu gün sübh çağı Qəzzanın şərqində İsrail ordusunun arxa cəbhəsinə nüfuz edərək, 26 İsrail əsgərini yaralayıb.

İnterAz-ın SkyNews-a istinadla verdiyi xəbərə görə, İsrail mətbuatı "əl-Qəssam Batalyonları"nın əməliyyatı nəticəsində yaralanan əsgərlərdən bir neçəsinin ağır vəziyyətdə olduğunu bildiriblər. İsrail mətbuatı, həmçinin, ön cəbhənin arxasına və İsrail ərazisinə keçən "əl-Qəssam Batalyonları" döyüşçülərindən 11-nin öldürüldüyünü bəyan ediblər.

Bu arada Qəzzadakı səhiyyə mənbələri İsrailin təcavüzü nəticəsində həlak olnalrın 501 nəfər təşkil etdiyini deyiblər.
1300 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı