Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyul 2014

Suriyada terrorçular bir-birini məhv edir - Foto

Suriyada ötən günün qarşıdurmalarında 109 nəfər həyatını itirib.

İnterAz-ın SkyNews-a istinadla verdiyi xəbərə görə, ölənlərin əksəriyyəti Dəməşq və Hələbdə gedən qarşıdurmalara aiddir. Məlumata görə, ən şiddətli qarşıdurmalardan biri Homa əyalətinin qərbində qeydə alınıb. Əyalətin qərbində yerləşən strateji Təl-Saliba bölgəsi müxalifətin Azad Suriya Ordusunun nəzarətinə keçib.

Dəməşqdə isə Cubər rayonu ərazisi qarşıdurmaların şahidi olub. Burada hökumət hərbi təyyarələri müxalifət silahlılarının mövqelərinə aviazərblərə endirib.

Dəra (cənib) əyalətində də döyüşlər baş verib. Burada gedən döyüşlərdə müxalifətin ən azı 9 silahlısı ölüb.

Digər tərəfdən terrorçu DAİŞ öz “twitter” səhifəsində Hələbdə “ən-Nusra Cəbhəsi”nin onlarla üzvünü qətlə yetirdiyini yazıb. “İslam Dövləti” pusquya salaraq, öldürdüyü şəxslərin görüntülərini yayımlayıb.






1350 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:11