Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyul 2014

Sionist millət vəkili fələstinliləri Qəzzadan qovmağı təklif etdi

“Qəzzaya edilən hücumlar daha qəddar olmalı və fələstinliləri ərazidən köçürüb əvəzində yəhudiləri məskunlaşdırmaq lazımdır”.

Bu açıqlama ilə işğalçı İsrail qondarma parlamentinin millət vəkili sionist Moşe Feiqlin çıxış edib. Ordunu mümkün vasitələrdən istifadə edərək Qəzzaya maksimum güclə hücum etməyə çağırıb:

“Ordumuz bölgədəki hədəfləri zərərsizləşdirdikdən sonra Qəzzanı tamamilə fəth etməlidir. HƏMAS-la əməkdaşlıq etməyən fələstinlilərə beynəlxalq hüquq normaları çərçivəsində davranılacaq və Qəzzanı tərk etmələrinə icazə veriləcək. Ərazi terrorçulardan təmizləndikdən sonra orada yəhudilər yerləşdiriləcək. Qəzza bizim ölkənin torpağıdır və həmişə də orada qalacağıq”.

Qeyd edək ki, qondarma millət vəkili ötən həftə fələstinli dializ xəstələrinin qanının israilli əsgərlərin qanından daha qırmızı olmadığını deyərək Qəzzada yerləşən dializ xəstəxanasının işıqlarının kəsilməsini təklif edib.
1046 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP