Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyul 2014

Yəhudilərin müqəddəs ocağı yandırıldı

Fransanın paytaxtı Parisdə antiisrail nümayişçilər yəhudilərin dini ibadət ocağı olan sinaqoqlardan birini yuandırıb. Nümayişçilər şəhərin ən böyük sinaqoqunu isə mühasirəyə alıb.

“Yəhudilərin müdafiəsi liqası”nın 200 üzvü mühasirəyə alınmış sinaqoqu mühafizə edir. Hadisə yerinə xeyli sayda polis cəlb olunub. Polis “Ruj” küçəsindəki bütün mağazaların bağlanmasını tələb edib. Polislə nümayişçilər arasında toqquşmalar olub.

Qeyd edək ki, ötən həftədən Parisdə İsrailin Qəzzada keçirdiyi əməliyyatlara qarşı genişmiqyaslı aksiyalar keçirilir. Nümayişçilər hərbi əməliyyatların dayandırılmasını tələb edir. Aksiyaçılar mağazaların şüşələrini sındırıb, avtomobilləri, telefon köşklərini yandırıb. Toqquşmalar zamanı 14 polis yaralanıb, 38 nümayişçi isə saxlanılıb./ans/
1277 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.01.17, 11:09
ABŞ BMT-ni tərk edir!
23.01.17, 09:32
Kişi söhbəti
22.01.17, 11:59
Azərbaycanda Azadlıq