Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyul 2014

Azərbaycanda körpə həkim səhvinin qurbanı oldu

Azərbaycanda daha bir yeni doğulmuş uşaq ölümü qeydə alınıb. Hadisə iyulun 19-da Ağdam Mərkəzi rayon Xəstəxanasında baş verib. Belə ki, 1990-cı il təvəllüdlü Aynur Səfərova doğuş üçün xəstəxanaya yerləşdirilib.

Atası Fikrət Səfərovun sözlərinə görə, yarımçıq doğulan əkizlər üçün xəstəxanada küveyz olmayıb: “Nəhayət, küveyz tapıldıqdan sonra onu işlədə bilən həkimin Bərdədə olduğunu bildirdilər. Bərdədən həkimi də gətizdirdik. Gördük ki, burada problem olur, təklif etdik ki, ya Bakıya, ya da Gəncəyə aparmağa göstəriş versinlər. Dedilər ki, bizim buna ixtiyarımız yoxdur”.

F.Səfərovun sözlərinə görə, daha sonra Bakıya aparmaq üçün uşaqları atasına veriblər: “Lakin bunun üçün hansısa təcili yardım avtomobili verilməyib. Əkizləri taksi ilə Bərdəyə, orada da həkim qəbul etmədiyi üçün Bakıya gətiriblər. Uşağın biri yolda dünyasını dəyişib. Bakıdakı həkimlər bildirdilər ki, əgər uşaqlar vaxtında Bakıya çatdırılsaydı, ölüm faktı baş verməzdi”.

F.Səfərov həmçinin qeyd edib ki, ananın vəziyyəti normaldır, xəstəxanadan çıxarılıb./ans/
1060 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP