Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyul 2014

Lerikdə meşə yanır

Lerikdə meşə ərazisində yanğının söndürülməsinə helikopter cəlb olunub
Yanğın 5 hektaradək ərazini əhatə edib

Lerik rayonunda meşə massivində baş verən yanğın davam edir.

FHN-in saytının verdiyi məlumata görə, Piran kəndində (rayon mərkəzindən 35 km aralı) dağlıq meşə ərazisində yanğının söndürülməsinə Nazirliyin Aviasiya Dəstəsindən 1 helikopteri cəlb olunub.

Yanğınsöndürmə işləri davam edir.

Qeyd edək ki, bir neçə gündür davam edən yanğın yerli meşə təsərrüfatına məxsus ərazini əhatə edib.

Yanğınsöndürən maşınların hadisə yerinə qalxması mümkünsüz olduğundan yanğının söndürülməsi işinə traktorlar və digər ağır texniki vasitələrlə yanaşı, yerli qurumların əməkdaşları və sakinlər cəlb olunublar.

Yanğının əhatə dairəsinin genişlənməməsi üçün iri çalalar qazılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, yanğın bələdiyyə ərazisində başlayıb, sonradan yüksək dağlıq meşə fondu torpağına keçib.

O, yanğının 5 hektaradək ərazini əhatə etdiyini qeyd edib, hazırda yanğının söndürülməsi üçün lazımi tədbirlərin görüldüyünü deyib./apa/
1393 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP