Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyul 2014

“Qara qutular”da müdaxilə faktları aşkarlanmayıb

Etirazçıların Malayziyaya təhvil verdiyi “qara qutular”da müdaxilə faktları aşkarlanmayıb

Donetsk etirazçılarının Malayziyaya təhvil verdiyi “qara qutular”da müdaxilə faktları aşkarlanmayıb.

“İnterfaks”ın verdiyi məlumata görə, bunu Malayziya Milli Təhlükəsizlik Şurasının üzvü Mohd Sakri deyib.


M. Sakri qeyd edib ki, “qara qutular”da bəzi zədə izləri var, lakin vizual olaraq xarici müdaxilə faktlarına rast gəlinməyib.


Qeyd edək ki, ötən gün Donetsk etirazçılarının lideri Aleksandr Boroda “qara qutu”ları yalnız Malayziya tərəfinə təhvil verəcəyini bildirib. Ukrayna tərəfi isə etirazçıların “qara qutular”a müdaxilə etdiyini iddia edib.
1148 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı