Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyul 2014

Xəqani bağında qanlı olay: 4 bıçaq zərbəsi vurdular

45 yaşlı kişini ölümcül hala salıblar

İyulun 22-nə keçən gecə Bakı şəhərinin Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, Rəsul Rza küçəsində, Xəqani bağında naməlum şəxs və ya şəxslər 1969-cu il təvəllüdlü Quliyev Şahin Elçin oğlunu bıçaqlayıb. Bədəninin müxtəlif nahiyələrində 4 bıçaq yarası almış 45 yaşlı kişi ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisənin kim tərəfindən və nə səbəbdən törədilməsi hələlik məlum deyil./lentaz/
1137 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber