Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyul 2014

Qəzzada sutka ərzində qadın və uşaq olmaqla 100-dən çox insan ölüb

Son sutka ərzində Qəzza zolağında 100-dən çox insan həlak olub.

“Gazeta.ru”nun verdiyi xəbərə görə, bu barədə Fələstinlilərə Yardım Agentliyi (UNRWA ) məlumat yayıb.

Məlumata əsasən, həlak olan 107 nəfərin 23-ü qadın, 35-i uşaqdır. UNRWA qeyd edir ki, Qəzza zolağında vəziyyətin gərginləşdiyi dövrdə, ümumilikdə, 100-dən çox uşaq ölüb.

Son sutka ərzində, həmçinin, 13 israilli hərbçinin öldüyü bildirilir.

Qeyd edək ki, iyulun 17-də işğalçı İsrailin qondarma baş naziri sionist Binyamin Netanyahu Qəzza zolağında quru əməliyyata start verildiyini elan edib.
1150 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber