Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyul 2014

Azərbaycanlı girovun öldürülməsi təsdiqləndi

Dağlıq Qarabağ separatçı rejiminin “polis”i Azərbaycan vətəndaşlarının işğal olunmuş ərazilərdə girov götürülməsi ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan vətəndaşları Dilqəm Qardaşxan oğlu Əsgərov və Şahbaz Cəlal oğlu Quliyevin şəxsiyyəti müəyyənləşdirilməmiş bir nəfərlə işğal olunmuş ərazilərə keçiblər. Guya silahlı şəxslər casusluq fəaliyyəti ilə məşğul olurlarmış. Qarabağ “polis”i Azərbaycan vətəndaşlarını iyulun 4-də 17 yaşlı Smbat Mexakoviç Tsakalyanı oğurlamaqda ittiham edib. İyulun 15-də həmin şəxsin meyiti Kəlbəcər rayonu ərazisindəki meşədən tapılıb.

Bundan başqa separatçılar girovları İrəvan sakini Sarkis Samveloviç Abramyanı (1977), Kotaykvilayıtinin sakini Karine Arşavirovna Davtyanı (1977) güllələməkdə ittiham ediblər. Guya şəxsiyyəti müəyyənləşdirilməmiş üçüncü şəxs müqavimət göstərərkən güllələnib.

Qeyd edək ki, ermənilərin güllələdiyi şəxs Həsən Həsənovdur./axar/
1219 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:49