Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Noyabr 2013

Bakı-Sumqayıt avtobusu qəzaya uğradı: yaralılar var

Bakı-Quba yolunun 8-ci km-də baş verən qəzada bir neçə nəfərin xəsasrət aldığı bildirilir

Bu gün saat 14:39 radələrində Bakı-Quba yolunun 8-ci km-də sərnişin avtobusu qəzaya uğrayıb. Baş Dövlət Yol Polis İdarəsindən Ans-ə verilən məlumata görə, Ekologiya postu yaxınlığında Bakıdan Sumqayıt istiqamətinə hərəkətdə olan “Daewoo” markalı sərnişin avtobusu “Mercedes-E classs” markalı avtomobil toqquşub. Verilən məlumata görə. Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb.

Xoşbəxtlikdən qəza nəticəsində ölən olmayıb. Hazırda hadisə yerində polis əməkdaşları və təcili yardım həkimləri işləyir. Faktla bağlı araşdırma aparılır.
1951 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber