Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyul 2014

İhsanoğlunu oğlu biabır etdi

Türkiyədə prezidentliyə namizəd Ekmələddin İhsanoğlunun oğlu atasını biabır edib.

Türkiyədə avqustun 10-da keçiriləcək prezident seçkilərində müxalif partiyaların vahid namizədi olaraq göstərilən professor Ekmələddin İhsanoğlunun oğlu cümə axşamı gecəsi polis şöbəsinə aparılıb.

Yeniköy Köybaşı prospektində gecə saatlarında bir vətəndaşın sahildə spirtli içki qəbul edərək, dənizə girdiyi və ətraf mühiti çirkləndirdiyi şikayəti ilə polisə məlumat verilib.

Hadisə yerinə gələn polislər ona parkda rast gəliblər. Qəbul etdiyi spirtli içkinin təsiri ilə yarı-huşsuz halda olan şəxs polis tərəfindən oyandırılıb. Polisin müdaxiləsi ilə oyanan həmin şəxs özünü yenidən dənizə atıb.

Polis onu dənizdən çıxararaq, kim olduğu ilə bağlı araşdırma aparıb. Araşdırma nəticəsində məlum olub ki, o prezidentliyə namizəd Ekmələddin İhsanoğlunun Mərmərə Universiteti Hüquq fakültəsindən məzun olan və Harbiyədə hüquq bürolarından birində işləyən 37 yaşlı vəkil oğlu Osman Toğrul İhsanoğludur.

Polislər lazımi prosedurları həyata keçirdikdən sonra onu evinə apararaq ailəsinə təhvil veriblər./ans/
1092 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18:39