Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyul 2014

Mübariz Qurbanlı elə vəzifəyə təyin edildi ki...

Əliyevdən ağılasığmaz sərəncam; Dini komitə YAPlaşdırıldı

İ. Əliyevin sərəncamı ilə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlı Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Qeyd edək ki, Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin bundan əvvəlki sədri Elşad Isgəndərov idi. O, bu ilin mayında tutduğu vəzifədən azad edilib.

Bəzi məlumatlara görə, Elşad Isgəndərovun işdən çıxarılması onun nurçularla əlaqəli olması ilə bağlıdır. Qeyd edək ki, hətta hökumətin nəzarətində olan media quruluşları keçmiş komitə sədrinin nurçularla əlaqəli olması barədə məlumatlar yayıb.

Elşad Isgəndərovun işdən azad edilməsindən sonra sədrin səlahiyyətlərini birinci müavin Səyyad Aran həyata keçirib.

Qeyd edək ki, Səyyad Aran da YAP-ın məşhur simalarındadır. O, partiyanın ideoloji katibi olub. Istanbula konsul təyin olunandan sonra partiya sıralarından çıxıb. Lakin indi də YAP-çı kimi tanınır. Beləliklə, faktiki olaraq Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsi YAP-laşdırılır.

Mübariz Qurbanlının dini komitəyə sədr təyinatı sosial mediada geniş müzakirəyə səbəb olub. Sosial media fəalları bu təyinatı daha çox tənqidi aspektdən qiymətləndiriblər. Əsasən Mübariz Qurbanlının ateist kimi tanındığı, YAP funksioneri olması, indiyədək politoloq, xüsusən xarici siyasət üzrə ekspert qismində çıxış etməsi qabardılıb və bu məziyyətləri ilə onun dini komitəyə sədr təyin olunmasının ziddiyyət təşkil etdiyi vurğulanıb. Bu təyinatın Qurbanlının cəmiyyətdəki neqativ imicinə uyğun gəlmədiyi də sosial media müzakirələrində ana xəttdir.
1496 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı