Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyul 2014

Məhkəmə Naxçıvan cəbhəçisinin şikayətini təmin etməyib

İyulun 21-də Babək rayon Məhkəməsi AXCP Naxçıvan şöbəsinin sədri Yaşar Bağırsoyun iddiasını təmin etməyib.

Bu haqda “Azadlıq” radiosuna Yaşar Bağırsoyun özü məlumat verib. O, işdən çıxarılması ilə əlaqədar Babək rayon Təhsil Şöbəsinin qərarından şikayət vermişdi.

Yaşar Bağırsoy məhkəmənin qərarı ilə razılaşmadığını bildirir: “Çox gülməli bir proses oldu. Məktəb direktoru mənim haqqımda müsbət rəy verdi. Bildirildi ki, işlədiyim dövrdə hər zaman intizamlı olmuşam. Digər tərəfdən də məlum oldu ki, məhkəməyə mənim əleyhimə 32 akt, 10 sərəncam, 5 töhmət təqdim olunub. Hansı ki, bunlardan heç biri haqqında vaxtında mənə məlumat verilməyib. Belə çıxır ki, mən məhkəməyə müraciət edəndən sonra saxta sənəd hazırlayıblar ki, əllərində əsas olsun. Məni siyasi fəaliyyətimə görə işdən çıxarıblar. Məhkəmə sifarişli qərar çıxarmaqla bunu sübut etdi”.

Yaşar Bağırsoy fevralın 22-də Babək rayon Təhsil Şöbəsindən işdən çıxarılması ilə bağlı məktub alıb. O, bu məktub əsasında məhkəməyə müraciət etmişdi. Həmin vaxt Yaşar Bağırsoy “Azadlıq” radiosuna verdiyi açıqlamada işdən çıxarılmasını siyasi fəaliyyəti ilə əlaqələndirirdi.

Babək rayon Uşaq Gənclər Idman Məktəbinin direktoru Füzuli Salmanov Yaşar Bağırsoyun işdən çıxarılmasının səbəbləri barədə danışmaq istəməyib. Babək rayon Təhsil Şöbəsindən “Azadlıq” radiosunun suallarını cavablandırmayıblar.
1050 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber