Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyul 2014

Oğulları İŞİD-ə qoşulan Belçikalı atalar

İdris Boutalliss deyir ki, oğlu Əbdülmalik Suriyadan Belçikaya qayıtmayacağını bildirib.
Son bir neçə həftə ərzində Suriyanın şimalında oğullarının axtarışı ilə məşğul olmuş 2 Belçikalıı ata evə əliboş qayıdıblar.
BBC-dən Duncan Cravford həmin atalarla onlar Belçikaya dönməzdən əvvəl Türkiyənin Qaziantep şəhərində danışıb.
İdris Boutalliss gözləri dolmuş halda deyir: "Mən oğlumu görmək istəyirəm. Lakin bu çox çətindir. O, İŞİD sıralarındadır”.
Belçikanın Kortrijk şəhərindən olan ata 19 yaşlı oğlu Əbdülmalik Suriyanın şimalında 10 gün axtarıb.
Atanın məqsədi şəkər xəstəliyindən əziyyət çəkən oğlunu tapıb onu cihadçı qrupu tərk edərək evə qayıtmağa dilə tutmaq olub.
Belçikalı terrorçular Lucas Van Hessche və Əbdülmalik Boutalliss Türkiyədə Suriyaya yola düşmədən əvvəl
"Mən Raqqa şəhərinə baş çəkdim, İŞİD əmirlərilə görüşdüm", İdris Boutalliss deyir.
Boutalliss və daha bir Belçikalı ata - Pol Van Hessche Suriyaya oğullarını axtarıb tapmaq məqəsdilə gəliblər.
Pol Van Hessche-nin 18 yaşlı oğlu Lucas Əbdülmalik dostdular.
"Suriyanın Raqqa şəhərində bizə Suluk şəhərinə getməyi məsləhət gördülər və nəhayət bir əmir bizə oğullarımızı görməyə icazə verdi", Boutalliss deyir.
Onun sözlərinə görə, yaxın dost olan bu 2 yeniyetmə Avropadan və digər ölkələrdən gəlmiş gənclərə İŞİD düşərgələrində Şəriət dərsləri oxunur.
Əbdülmalik və Lucas-a ataları ilə görüşüb danışmağa icazə verildi, lakin hər ikisi İŞİD-i tərk etməkdən imtina etdi.
"Oğum qayıtmaq istəmir. Deyir ki, Belçikaya dönsə polis onu dərhal həbs edəcək", İdris Boutalliss deyir.
"Dərmana ehtiyacı var"
Ata şəkərdən əziyyət çəkən oğluna insulin dərmanını çatdırıb, lakin onun vəziyyətinin pisləşə biləcəyindən narahatdır.
"İnsulinsiz o yaşaya biməz, çətin ki, bu dərman Suriyada tapılsın", ata deyir.
Oğulları ilə görüşdükdən sonra digər belçikalı ata Pol Van Hessche Türkiyyəyə qayıdıb, İdriss Boutalliss isə daha bir neçə gün Suriyada qalıb kı, bəlkə oğlunu dilə tutub evə qayıtmağa inandıra bildi.
Lakin onun bütün cəhdləri nəticəsiz qaldı və cənab Boutalliss-də Türkiyəyə döndü./bugun/
1203 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber