Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Noyabr 2013

Tale Bağırova 2 il iş verildi

Tale Bağırova 2 il iş verildi, hakimə etiraz edən saxlanılıb

Çox sayda inanclı məhkəmə binasının qarşısında toplaşıb

İslamazeri.az-ın xüsusi müxbirinin verdiyi məlumata əsasən, mübariz ruhani Hacı Tale Bağırova hökm oxunub. Hakim Hacı Tale Bağırova 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası verib. Ruhani ciddi rejimli həbsxanada cəzasını çəkəcək. Hakim hökmü oxuduqdan sonra məhkəmə zalında olanlardan Tural adlı inanclı hakimə etiraz edib və daha sonra saxlanılaraq Sabunçu rayon polis bölməsinə aparılıb.
16:55

İslamazeri.az-ın xüsusi müxbirinin verdiyi məlumata əsasən, mübariz ruhani Hacı Tale Bağırovun məhkəmə iclası davam edir. Məhkəmə iclasında şahidlər ifadə verib. Dövlət İttihamçısı Hacı Tale Bağırovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə iclası davam edir. Ətraflı məlumat veriləcək.

14:20

İslamazeri.az-ın xüsusi müxbirinin verdiyi məlumata əsasən, hal hazırda Sabunçu rayon məhkəməsində mübariz ruhani Hacı Tale Bağırovun məhkəmə iclası keçirilir.

Məhkəmə iclasının qarşısında polis və mülkü geyimli şəxslər də var.

Ətraflı məlumat veriləcək.



    2228 dəfə baxılıb
    Loading ...
    Nur-Az Xeber
    07.12.16, 10:54
    Hətta bir yuxusuz gecə...
    06.12.16, 11:42