Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyul 2014

"Ramazanın sonunda Fitr və İsrailə qarşı qələbəni bir yerdə bayram edəcəyik"

HƏMAS lideri televiziya vasitəsilə qəzzalılara etdiyi müraciət zamanı onlara qələbə vədi verib

"İsrailin əş-Şücaiyyədə qətliam törətməsi onu göstərir ki, onlar acizdirlər və əl-Qəssam Batalyonlarının igidləri ilə üzləşməkdən qorxurlar”. İnterAz-ın əl-Aləm-ə istinadla verdiyi xəbərə görə, bunu “İslam Mübarizə Hərəkatı”nın (HƏMAS) siyasi ofisinin rəhbəri İsmail Həniyyə deyib.

HƏMAS lideri televiziya vasitəsilə qəzzalılara etdiyi müraciət zamanı onlara qələbə vədi verib.

“İsrailin qurudan hücuma keçmək planı onların həyata keçirdikləri aviazərbələrin uğursuzluğundan sonra baş verdi. Onlar elə bilir ki, hədəflərinə nail olacaqlar. Onlar fikirləşir ki, bizim xalqımızı və mübarizə hərəkatımızı öz haqlı olduğumuz tələblərdən yayındıra biləcək. Xeyr, bu belə deyil. Onların qurudan həyata keçirdikləri hücumlar mübarizə hərəkatımızın vüqarını və sabitliyini bir daha sübut etdi. Bundan sonrakı nəsillər bu dönməz mübarizə ilə bağlı marşlar və qəsidələr oxuyacaq. Qəzzalılara deyirəm ki, biz Fitr günü, Ramazan bayramını İsrailə qarşı qələbə ilə birgə qeyd edəcəyik. Atəşkəslə bağlı razılığımız yalnız təcavüzün tam dayandırılması, mühasirənin qaldırılmasından sonra baş tuta bilər”.
1182 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16