Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyul 2014

Leyla Yunus yenə prokurorluğa çağırıldı

Hüquq müdafiəçisi zorla dindirilməyə aparılacağını da istisna etmir

Bu gün günorta saatlarında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi İbrahim Ləmbəranski hüquq müdafiəçisi Leyla Yunusa dördüncü dəfə zəng edərək onun və həyat yoldaşı Arif Yunusun Baş Prokurorluğan dindirilməyə gəlməsini tələb edib. Bu barədə hüquq müdafiəçisinin «Azadlıq»a göndərdiyi məlumatda deyilir.

Öz növbəsində Leyla Yunus Baş Prokurorluğun qanunu pozmadan işləməli olduğunu, hüquqi özbaşınalığa son qoymalı olduğunu xatırladıb və növbəti dəfə öz tələbini təkrarlayıb - Baş Prokurorluğun müstəntiqləri onun və həyat yoldaşının hava limanında saxlanılarkən əllərindən alınan pasportlarını, həmçinin evlərinin sənədlərini qaytarmalıdır. Yalnız bundan sonra onlar Baş Prokurorluğa dindirilməyə gedəcək.

Leyla Yunus həmçinin əlavə edib ki, qanunu kobud şəkildə pozan Baş Prokurorluğa inanmaq və ora getmək mümkün deyil.

Hüquq müdafiəçisi evinə növbəti hücumun olacağını və zorla prokurorluğa aparılacağını da istisna etməyib.
1182 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...