Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyul 2014

Polis vəhşiliyi: Adamı küçədə boğub öldürdülər - Video

ABŞ vətəndaşlarından biri ölkəsində polis vəhşiliyinin qurbanı olub.

ABŞ-ın Nyu-York şəhərində yaşayan 43 yaşlı Erik Qarner küçənin ortasında 5 polisin təzyiqinə məruz qalıb. 180 kiloqram çəkiyə malik olan Erikin polislər tərəfindən yaxalanma anı həvəskar kamera ilə çəkilib. O, əvvəlcə polislərə günahsız olduğunu və heç bir şey etmədiyini söyləyir. Lakin buna məhəl qoymayan polislər bir anda onun üstünə atılırlar, Eriki yerə yıxaraq boğmağa başlayırlar.

43 yaşlı Erik "nəfəs ala bilmirəm" deyə yalvarsa da, polislər ona fikir vermirlər və onun boğularaq ölməsinə səbəb olurlar.

Qeyd edək ki, 6 uşaq atası olan Erik Qarner bundan əvvəl bir neçə dəfə siqaret qaçaqmalçılığı səbəbiylə həbs olunub və yenə bu şübhəylə saxlanılmaq istəndiyi bildirilib.

Hadisə ilə əlaqədar olaraq araşdırma başladılıb, günahkar olduğu sübut edilən polislərdən biri ilə bağlı ciddi tədbir görüləcəyi açıqlanıb./axar/
1161 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı