Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2013

Maqnit qasırğası Yeri vurdu

Günəşin səthində meydana gələn bu ilin ən güclü partlayışı nəticəsində yaranan maqnit fırtınası bu gün səhər saatlarında Yer kürəsinə çatıb.

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya Meteorologiya Xidməti maqnit qasırğasının təsirinin bu həftənin sonuna qədər davam edəcəyini açıqlayıb.

Günəşdə 29-30 sentyabr tarixlərində baş verən güclü partlayışdan sonra yaranan plazma kütləsi saniyədə 900 km sürətlə yayılmağa başlayıb. Meteoroloqlar xroniki ürək-damar xəstəlikləri və sinir sistemində problemləri olan insanları ehtiyatlı olmağa, həkim reseptinə əsasən dərmanlar qəbul etməyə çağırıb. Bir çox insanlarda gözlənilmədən baş ağrıları başlaya bilər. Çox yorğunluğa yol açan işlərdən də uzaq durmaq, stressli işlərə bir neçə gün ara vermək məsləhətdir.
1837 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber