Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Noyabr 2013

İranın xaric işlər naziri Türkiyə prezidenti ilə görüşüb

Türkiyədə səfərdə olan İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və bu ölkənin prezidenti Abdulla Gül arasında görüş keçirilib. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, İstanbulda keçirilən görüşdə ikitərəfli əlaqələr başda olmaqla aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və digər rəsmi şəxslər iştirak edib.

M. Zərif İranın Türkiyə ilə əlaqələri daha da inkişaf etdirmək və genişləndirmək arzusunda olduğunu bildirib: “İki ölkə arasındakı əlaqələr xeyli dərin və qardaşyanadır. Biz İranla Türkiyə arasında mövcud əlaqələrin daha da genişləndirilməsində maraqlıyıq. Bunda İranın ali dini lideri, prezidenti və hökuməti də istəklidir”.

A. Gül isə öz növbəsində Həsən Ruhaninin prezident seçilməsindən sonra dünyada İranın imici üçün müsbət ab-hava yarandığını və ölkəsinin də bundan məmnun qaldığını deyib. O, iranlı həmkarını ölkəsinə səfərə dəvət edib.
2106 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber