Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyul 2014

Təl-Əvivə uçuşlar təxirə salındı

Avropanın bir sıra hava şirkətləri Təl-Əvivə uçuşu təxirə salıb

Avropanın bir sıra hava şirkəti təhlükəsizlik baxımından İsrailin Təl-Əviv şəhərinə uçuşu təxirə salıb.

“RİA Novosti”-nin məlumatına görə, uçuşları təxirə salan şirkətlər bunlardır: Fransanın “Air France”, Aavstriyanın “Austrian Airlines”, İsveçərənin “Swiss Airlines”, Almaniyanın “Lufthansa” (İsrailə bütün uçuşları 36 saat təxirə salıb).

Hollandiyanın “KLM” şirkəti isə iyulun 22-dən Amsterdam –Təl-Əviv reysini təxirə salıb.

Britaniyanın “British Airways” hava şirkəti isə “uçuşları adi rejimdə” davam etdirəcəyini bildirib.
1337 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:28