Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyul 2014

Putin: “Bizi sanksiya ilə təhdid edirlər”

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının toplantısında rəngli inqilab, ya da xarici müdaxilə nəticəsində təşkil olunan təxribatların keçmiş Sovet coğrafiyasında baş verdiyini və parçalanmaya gətirib çıxardığını deyib.

Rusiyanın bölgədə inqilablara qarşı sərt mövqedə olduğunu deyən Putin bunu Qərbin oyunu adlandırıb: “Rusiya beynəlxalq hüquq normalarına uyğun hərəkət edir, Qərbdən də eyni yanaşmanı gözləyirik”.

Ukrayna mövzusuna toxunan Putin bu günə qədər yeni hökuməti qəbul etmədiklərini bir daha bəyan edib: “Ukraynada rəhbərlik konstitusiyaya uyğun olmayan yollarla hakimiyyətə gəlib. Bəli, inqilabdan sonra seçkilər keçirildi. Amma inqilabı edən və maliyyələşdirənlər qələbə çaldı. Sonra isə onlar etnik və mədəni şəkildə Rusiyaya yaxın xalqın yox edilməsinə qarışmamağımızı istəyir. İndi buna görə də bizi sanksiya ilə təhdid edirlər. Bu qəribə məntiq qətiyyən qəbul edilə bilməz”.
1262 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP