Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Noyabr 2013

Universitetdə tələbələrin ayağa qalxdılar - fotolar

Universitetdə tələbələrin ayağa qalxdılar - aksiya başa çatdı
"Azərbaycan" universitetinin tələbələri imtahanların yazılı keçirilməsinə etiraz olaraq aksiya keçiriblər. Bu barədə hadisə yerində olan reportyorumuz xəbər verib.
Tələbələr bildirirlər ki, imtahan qaydalarının dəyişdirilməsi bir sıra neqativ hallara yol açır və bundan sui-istifadə edən müəllimlər tələbələrdən rüşvət umurlar. Tələbələr imtahanların test üsulu ilə keçirilməsini tələb edirlər, çünki bu halda tələbənin biliyinin qiymətləndirilməsi müəllimin vicdanından və tamahından asılı olmur.

Qeyd edək ki, "Azərbaycan" universiteti özəl təhsil müəssisəsidir.

Reportyorumuzun verdiyi məlumata görə, universitet rəhbərliyi vəziyyətin nəzarətdən çıxmasını əngəlləmək üçün tələbələri universitetin akt zalına toplamaq və orada onların tələblərini dinləmək qərarına gəlib. Hazırda rəhbərliklə tələbələrin nümayəndələri arasında görüş keçirilib, danışıqlar aparılıb və razılıq əldə olunub..

Bundan sonra “Azərbaycan” universiteti tələbələrinin aksiyası başa çatıb. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, universitetin rektoru ilə görüşdən sonra tələbələr etirazı dayandırıblar. Lakin hələ də universitetin qarşısında 100-ə yaxın tələbə var. Polis əməkdaşları ərazidə asayişə nəzarət edirlər. Tələbələr bildiriblər ki, onları imtahanların yazılı formada deyil,  test üsulu ilə keçirilməsini tələb edirlər. Eyni zamanda, imtahanlarda keçid ballarının aşağı salınmasını istəyirlər. Belə ki, digər universitetlərdə keçid balı 51 olduğu halda, bu universitetdə 61 baldır.

 Universitetin rektoru bildirib ki, sabah saat 12:00-da Elmi şuranın iclası keçiriləcək, iclasa hər fakültədən 2 tələbə dəvət olunacaq. Məsələ orada müzakirə olunaraq yekun qərar veriləcək.

 “Azərbaycan” universitetinin rektoru Eldar Qəhrəmanov APA-ya açıqlamasında deyib ki, etiraz edən tələbələr əsasən IV kursun tələbələri və müəyyən fənlərdən kəsiri olanlardadır. Rektor qeyd edib ki, həmin tələbələr universiteti qurtara bilməyəcəkləri ilə bağlı müəyyən narahatlıq keçirirlər: “Əslində bu bir təzyiq formasıdır. Bəzi universitetlərdə belə təzyiq forması olmuşdu. Onlar da bir-birinə xəbər veriblər. İndi təzyiq kimi belə hadisələrdən istifadə etmək istəyənlər də var. Belə hadisələr universitetlərdə olur. Gərək universitet də çalışsın ki, təhsilin keyfiyyəti təmin olunsun, müəyyən standartlar gözlənilsin. Amma bundan narazı olanlar da həmişə olur. Bizim mövqeyimiz belədir ki, hər kəs universiteti özü seçib, hüquqi müqavilə imzalayıb və daxili prosedur qaydalarına riayət etməlidir”.

 E.Qəhrəmanov onu da bildirib ki, tələbələrin narazılıqlarının araşdırılması və yekun qərarın verilməsi 1-2 gün vaxt aparacaq: “Bu, tələbələrin müraciətlərinin sayından və onların tələblərindən asılıdır. Hər bir qrup yığılaraq öz tələblərini müəyyənləşdirəcək, fikirlərini cəmləşdirib rektorluğa təqdim edəcək. Yaxın günlərdə məsələyə baxaraq yekun qərar çıxarılacaq”.











2014 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı