Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyul 2014

“İcra başçısı valideynlərimi hədələyir...”

Bir neçə gün əvvəl Qobustan bələdiyyəsi sədrinin müavini Marina Otstavnovanın bələdiyyə sədri Vasif Norvuzovun korrupsiya əməlləri ilə bağlı şikayət məktubunu dərc etmişdik.

Həmin məktubda Vasif Novruzovun qanunsuz torpaq satması və rayon icra hakimiyyətinin başçısı Adil Məmmədovun bu əməllərə göz yummasından bəhs edilirdi.

Bu gün “Qafqazinfo”ya yenidən müraciət edən Marina Otstavnova şikayətinin mediada işıqlandırılmasından sonra təzyiqlərə məruz qaldığını bildirib: “Bələdiyyə sədri mənə dedi ki, səni işdən çıxartmışam, otağı boşalt. İşdən çıxarılmağım barədə protokol sənədini mənə göstərməsini istəsəm də, təqdim etmədi. Bundan əlavə, eşitmişəm ki, mənə oyun qurub həbsə saldırmaq istəyirlər. İcra hakimiyyətinin başçısı Adil Məmmədov da valideynlərimi çağırıb hədələyib ki, qızınıza deyin yolundan əl çəksin. Mən doğru olanları, idarədə baş verənləri, əhalinin haqlı narazılığını qurumların nəzərinə çatdırıram. Guya mən bütün bunları etməklə dövlət çevrilişinə cəhd edirəmmiş”.

Şikayətçi bələdiyyə sədrinin qanunsuz əməlləri ilə bağlı Korrupsiyaya qarşı Mübarizə İdarəsinə də müraciət etdiyini qeyd edib: “Mənə bildirirlər ki, dediyiniz məsələləri rayon İcra hakimiyyətinin başçısına göndərmişik. Mən isə dedim ki, bu əməlləri Adil Məmmədov bilir və göz yumur. Belə olan halda o məsələni obyektiv araşdıra bilərmi? Prezident Administrasiyasından isə bildirirlər ki, məktubun təqdim edilməsindən bir ay keçdikdən sonra cavab veriləcək”.
1253 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı