Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyul 2014

Bakının mərkəzində kütləvi dava baş verib, bir nəfər bıçaqlanıb

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə iyulun 22-də saat 05:35 radələrində, Rəsul Rza küçəsində yerləşən Xaqani bağının yaxınlığında baş tutub.

Xəsarət alan Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Şahin Quliyev 4 bıçaq yarası ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin və Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Şirvan şəhər sakinləri - 1991-ci il təvəllüdlü Kərim Kərimov, 1992-ci il təvəllüdlü Əli Süleymanov, 1993-cü il təvəllüdlü Fuad Əliyev və 1995-ci il təvəllüdlü İlham Sadıyev saxlanılıblar./apa/
1341 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi