Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyul 2014

Suriyaya aparılmış azərbaycanlı uşağın görüntüləri yayıldı

Uşağın əlinə silah veriblər 
Azərbaycanlı kimi təqdim edilən azyaşlı uşaq dini mahnı oxuyur.

Azyaşlının oxuduğu mahnı cihadla bağlıdır. Görüntüdə həmçinin azyaşlının əlində avtomat silah tutduğu və mahnını oxuyub başa çatdırdıqdan sonra “Təkbir” deyərək “Allahu Əkbər” söylədiyi görünür.

Bu gün Suriyada Azərbaycandan olan xeyli sayda azyaşlı var. Onlar Suriyada döyüşlərə qatılan azərbaycanlıların övladlarıdır. Bu uşaq isə Suriyada vuruşan azərbaycanlıların əmiri “Muhammed” ləqəbli terrorçunun övladıdır.
Həmin uşaq azərbaycanlı terrorçuların əhatəsində əvvəllər də görüntülənib./apa/


1116 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber