Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyul 2014

"Göndərdiyimiz humanitar yardım Qəzzaya buraxılmır"

İran prezidenti Həsən Ruhani Qəzzanın günahsız əhalisinə qarşı İsrail rejiminin qəddarcasına hücumlarına toxunaraq bəyan edib ki, İranın tibbi yardımları, dərman preparatları və həkimlərdən ibarət qrupu Qəzzaya buraxılmır, -"İrib"
Ruhani iranlı idmançılarla görüşündə çıxışı zamanı bildirib ki, biz Qəzzanın bütün yaralılarını İranda müalicə etməyə hazırıq.

İran prezidenti son günlər Qəzzada baş verən hadisələrdən çox kədərləndiyini bildirib. Ruhani həmçinin qeyd edib ki, dünyada Qəzzada baş verən müharibəyə oxşar müharibə görünməyib. “Göndərdiyimiz humanitar yardım Qəzzaya buraxılmır. Bizim ürəyimiz Fələstinin və Qəzzanın məzlum xalqının yanındadır. Bütün gücümüzlə nə qədər ki, bacaracayıq dünyanın bütün məzlumlarının yanında olacayıq”, -deyə Ruhani bildirib.

Həmçinin Tunis hökumətinin Qəzzaya göndərdiyi humanitar yardım da Misir hökuməti tərəfindən Qəzzaya buraxılmayıb.

Qeyd edək ki, İsrail rejiminin Qəzzanı havadan, qurudan, dənizdən bombardıman etməsi nəticəsində indiyə qədər 650 fələstinlinin həyatına son qoyulub. İşğalçı İsrail rejiminin aviazərbələri nəticəsində 4 mindən çox yaralı var./deyerler/
1119 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 19:50