Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyul 2014

“DÇ-2018 Rusiyada keçirilməməlidir”

Almaniyanın idman naziri: “DÇ-2018 Rusiyada keçirilməməlidir”

Almaniyanın idman naziri Peter Bayt 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya birinciliyinin ləğv edilməsini bildirib.

“BBC”-nin məlumatına görə, bu haqda xəbəri “Bild” yayıb.

“Putin 298 nəfərin həyatdan köçməsinə səbəb olmuş təyyarə qəzası ilə bağlı araşdırma aparmayanadək dünya çempionatı kimi möhtəşəm tədbirin Rusiyada keçirilməsi mümkün deyil”-deyə, nazir söyləyib.

Bir müddət öncə Hollandiya millisinin keçmiş baş məşqçisi Con van’t Sxip Rusiyada keçiriləcək yarışı boykot etməyə çağırmışdı.

Xatırladaq ki, dünya birinciliyi 2018-ci ilin iyunun 8-dən iyulun 8-dək Rusiyada keçirilməlidir.
1139 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP