Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyul 2014

“HƏMAS” atəşkəsin şərtini irəli sürüb

“HƏMAS” lideri Xalid Məşəl humanitar yardımı qəbul etməyə hazır olduqlarını bildirib.

“Gazeta.ru”-nun məlumatına görə, bununla belə təşkilatın lideri bildirib ki, tərəflər danışıqlara başlamayanadək İsraillə atəşkəsə razılaşmayacaqlar.

“Hamı istəyir ki, biz atəşi dayandırdıqdan sonra öz haqlarımız uğurunda danışıqlara başlayaq. Biz bu təklifi rədd etmişik və onu bu gün də edirik” - deyə, “HƏMAS” lideri Qətərdə keçirdiyi mətbuat konfransında vurğulayıb.

O, bildirib ki, əgər İsrail Qəzza zolağında hərbi əməliyyatları dayandırarsa, o zaman “HƏMAS” humanitar yardımı qəbul etmək üçün “qapılar bağlamayacaq”.
1092 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:14