Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyul 2014

İsrailə Fələstin təpiyi

Avstriyada baş tutan futbol üzrə hazırlıq matçında gərgin hadisə baş verib.

Fransa təmsilçisi "Lill" ilə İsrail klubu "Makkabi Hayfa" qarşı-qarşıya gəlib. Maç oynarkən meydançaya Fələstin bayraqları ilə bir azarkeş girib. İsrailin Qəzza qırğınına etiraz edən azerkeş "Makkabi Hayfa"lı futbolçulara sərt reaksiya göstərib. "Makkabi"li futbolçuların cavab qaytarması meydançada davaya gətirib çıxarıb.

Azarkeşlərdən bəziləri "Makkabi"li futbolçulara təpik ataraq yerə səriblər. Hakim matçı yarıda kəsərək tərəfdarların meydançadan uzaqlaşdırılmasını gözləyib.

Hadisə İsraildə böyük əks-səda doğurub./ans/


1192 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber