Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyul 2014

65 İsrail əsgəri öldürülüb

İki həftədən artıqdır davam edən İsrail-Fələstin qarşıdurmasında itkilər davam edir.

İsrail ordusu Qəzzada üç əsgərinin öldüyünü, 28-nin isə yaralandığını açıqlayıb.

"İsrail qüvvələrinə qarşı edilən hücumda 22 yaşlı Buzz Yahu, 19 yaşlı Ley Mat və 20 yaşlı Şahar Dupri adlı 3 İsrail əsgəri dünyasını dəyişib, 2-i ağır olmaqla 28 əsgər isə yaralanıb" - deyə, ordudan açıqlama verilib.

Ordunun açıqladığı məlumatda iyulun 7-dən bəri 32 yəhudi əsgərin öldüyü bildirilsə də, Qəssam briqadarlı isə sözügedən tarixdən bəri 65 İsrail əsgərini öldürdüklərini açıqlayıb.
1196 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.03.17, 09:32
Kadırov Suriyaya gedir