Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyul 2014

Səddam Hüseyin tərəfdarları İŞİD-ə müharibə elan etdi

Səddam Hüseyn dönəmində İraq ordusunda xidmət etmiş zabit və əsgərlərdən təşkil olunmuş Nəqşibəndi Ordusu İŞİD-ə qarşı müharibə elan edib.

Nəqşibəndi Ordusuna rəhbərlik edən, Səddam Hüseynin keçmiş köməkçisi və generalı İzzəddin əl Duri yaydığı açıqlamada Mosuldan xristianların qovulmasını qəbul etmədiklərini deyib.

"Mosuldan xristianların qovulması bardağı daşıran son damla oldu. Bu gündən İŞİD-ə qarşı rəsmən savaş elan edirik."

Qeyd edək ki, Səddam Hüseynin keçmiş Bəəs partiyasının davamı olan Nəqşibəndi Ordusu hökumətdən alınan şəhərlərdə yenidən hakimiyyətini bərpa etmək fikirindəydi. Lakin İŞİD başda Mosul olmaqla İraqın bir çox ərazilərində xilafət elan etdiyini bildirməklə Səddam Hüseyin tərəfdarlarını prosesdən kənarlaşdırmışdı.
1094 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı