Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyul 2014

"Qəzzada hər saat 1 uşaq öldürülür" - YUNİSEF

YUNİSEF-in Qəzzadakı nümayəndəliyi İsrailin bu bölgədə həyata keçirdiyi hərbi əməliyyatlar zamanı uşaqların həlak olması ilə bağlı həyacan təbili çalıb.

YUNİSEF-in Qəzzadakı nümayəndəsi Pernille İronside BBC-yə açıqlamasında bildirib ki, bölgədə İsrailin həyata keçiridiyi hərbi əməliyyatlar zamanı mülki şəxslərin, xüsusilə də uşaqların ölüm sayının artması dəhşət doğurur: “Bu dəhşətlidir, açıq danışsaq iyrənc bir vəziyyətdir. Son üç gündə 69 uşaq öldürülüb. Bu isə son 2-3 gündə hər saatda 1-dən artıq uşağın ölməsi deməkdir. Dünən Şiama adlı dörd yaşındakı bir qızla tanış oldum. O və atasından başqa ailəsindən heç kim sağ qalmayıb. Anası və iki qardaşı öldürülüb. Şiama ağır yaralı idi, çətinliklə sağ qala bilmişdi. Qəzzada tez-tez belə hadisələrin şahidi oluram”.

BMT-nin ali komissarı Navi Pillay qurumun İnsan Haqları Şurasının növbədənkənar iclasında çıxış edərkən bildirib ki, İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar müharibə cinayətləri kimi qiymətləndirilə bilər.

N. Pillay Qəzzada uşaqların öldürüldüyünü və mülki binaların dağıdıldığını da bildirib. İsrailin beynəlxalq hüququ pozduğunu söyləyən Pillay Həması da İsrailə raket və artileriya qurğuları ilə hücumuna görə qınayıb.

Xatırladaq ki, beynəlxalq təşkilatların açıqlamalarına görə, Qəzzada insan itkiləri sürətlə artır. İsrailin iki həftədir davam edən hücumlarında vəfat edən fələstinlilərin sayı 700-ə çatıb.

Fələstinlilərdən yaralıların sayı 4 mini keçib. Ölən israilli hərbçilərin sayı isə 30-a çatb/aznews.az/.
1125 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:54