Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyul 2014

Bakıda "möhtəşəm" tıxac… - İki saatdır yol bağlıdır

Paytaxtın ən böyük prospektində dəhşətli tıxac var.

İki saatdır ki, Heydər Əliyev prospektinə birləşən yollarda hərəkət iflic vəziyyətindədir. Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, tıxac Zabrat yoluna qədər davam edir. Belə ki, Sabunçu dairəsinə qədər davam edən tıxacda sürücülər iki saatdan çoxdur ki, yolda olduqlarını deyiblər. Yolun hər iki tərəfində gediş-gəliş dayandırılıb.

Bakı kəndlərindən şəhərə doğru avtobusla gələn sərnişinlər isə marşrutlardan düşərək piyada gedirlər.

Sürücülər tıxacın səhər saatlarında baş verən bir neçə avtomobil qəzası ilə bağlı olduğunu bildirsələr də, hələ ki, yolun nə səbəbə bağlanması ilə bağlı rəsmi məlumat yoxdur./qafqazinfo/
1104 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 00:01